çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Vidal "İnter"ə keçir?

20.12.2019 13:43 Oxundu 422


"Barselona"nın futbolçusu Arturo Vidal qış transfer dönəmində komandadan ayrılmaq istəyir. 

Cempion.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya "İnter"inə keçmək niyyətindədir.

Çilili oyunçu transferi ilə bağlı Kataloniya təmsilçisinin rəhbərliyi ilə görüşəcək.

Arturo Vidal daha öncə İtaliyanın "Yuventus" klubunda çıxış edib. O, "İnter"in hazırkı baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında Turin təmsilçisində oynayıb.