20.12.2019 14:00
429

Emre Can "Yuventus"u qış transfer pəncərəsində böyük ehtimalla tərk edəcək.
Cempion.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, alman yarımmüdafiəçi komandadakı vəziyyətindən narazıdır. 25 yaşlı oyunçunun Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsində yer almaması onun baş məşqçi Maurisio Sarri ilə münasibətlərini çətinləşdirib.
Qeyd edək ki, bu mövsüm cəmi 7 matçda oynayan E.Canla "Fiorentina", "Mançester Yunayted" və Dortmund "Borussiya"sının maraqlandığı iddia olunur.