20.12.2019 15:00
489


Dünən yeni sponsorla anlaşan "Qəbələ" daha öncə yardım üçün AFFA-ya müraciət etsə də federasiya vəsait olmadığını əsas gətirərək bundan imtina edib. Bölgdə klubunn prezidenti Fariz Nəcəfov da bunu etiraf edib və baş katib Elxan Məmmədovdan bu cür cavab aldıqlarını açıqlayıb.
Cempion.az-a daxil olan məlumata görə isə əslində AFFA "Qəbələ"yə yarım milyon manat ayırmağa hazır idi.
Ancaq bir şərtlə ki, klub öz bazasını AFFA ilə şərikli işlətməyə razı olsun və eyni zamanda kluba AFFA-nın adamı yerləşdirilsin və ona xüsusi səlahiyyətlər verilsin. "Qəbələ" klubu isə bu təklifləri qəbul etməyib və bununla da federasiya kluba vəsait ayırmaqdan imtina edib.