çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

"Tottenhem"in futbolçusu vətənində ən yaxşı seçildi

20.12.2019 15:22 Oxundu 423


Cənubi Koreyada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub.

Cempion.az xəbər verir ki, bu, “Tottenhem”in futbolçusu Son Hın Mindi.

Bu barədə Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bununla da, futbolçu 4-cü dəfə ölkəsinin ən yaxşısı seçilib. 27 yaşlı futbolçu bundan əvvəl 2013, 2014 və 2017-ci illərdə bu mükafatı qazanıb.