çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Son 18 ilin ən zəif lideri

20.12.2019 16:00 Oxundu 433


İspaniya La Liqasının X turundan təxirə salınmış matçda üz-üzə gələn "Barselona" ilə "Real" qolsuz bərabərliyə razılaşıb.

Cempion.az xəbər verir ki, hazırda hər iki komandanın aktivində 36 xal var.

17 turdan sonra "Barselona" əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edir. Bununla Kataloniya təmsilçisi son 18 ilin ən zəif lideri olub. Buna qədər "Real" 2001-02 mövsümündə 17 turdan sonra 31 xalla zirvədə qərarlaşmağı bacarıb.

Həmin vaxt "kral klubu" "Valensiya" və "Deportivo"nun ardından mövsümü 3-cü pillədə tamamlamışdı