çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

"Zirə"nin soyğuna məruz qalan futbolçusu: "Qarşımda diz çökdülər və..."

20.12.2019 16:30 Oxundu 438


“Zirə”nin futbolçusu Mfo Kqasvanenin Bakının Səbail rayonunda dilənçilər tərəfindən qarət olunması mətbuatda gedən xəbər təsdiqini tapıb. 

Cempion.az xəbər vermişdi ki, 25 yaşlı botsvanalı futbolçunun cibindən 500 dollar və 15 manat pul oğurlanıb.

Bu barədə "qafqazinfo"ya açıqlama verən Kqasvane hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”.

Faktla bağlı Səbail rayonu 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.