çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

"Sabah" rəhbərliyindən Sopiçə ilk barmaq silkələməsi - ÖZƏL

20.12.2019 17:00 Oxundu 450

Yeni gəlməsinə baxmayaraq "Sabah"ın baş məşqçisi Sopiç rəhbərliyin ilk barmaq silkələməsini görüb.

Cempion.az-a daxil olan məlumata görə komandanın həm kubokda, həm də çempionatda zəif çıxışı rəhbərliyi narahat etməyə başlayıb.

Düzdür, xorvatiyalı komandanı yeni götürüb və qışa qədər olan nəticələrə məsuliyyət daşımır. Amma bununla belə oynatığı futbolla hansısa ümid işığı yandıra bilərdi ki, bunu da bacarmadı. Komanda çempionata 6-cı pillədədir və onları son pillədəki "Səbail"dən cəmi 1 xal ayırır. Kubokda isə komanda sıxıntılı dönəm keçirən "Qəbələ"yə hər iki oyunda uduzaraq mübarizəni dayandırdı. Məhz bundan sonra rəhbərlik baş məşqçi ilə görüşərək təyinatından sonra ilk dəfə iradını bildirib. Yəqin  ki, qışdan sonra da "Sabah"ın oyununda irəliləyiş olmasa, baş məşqçi postundan göndəriləcək.