20.12.2019 17:42
432

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Fransaya köçə bilər.
Cempion.az xəbər verir ki, PSJ ispaniyalı mütəxəssisin xidmətində maraqlıdı.
Fransa təmsilçisi hazırkı çalışdırıcı Tomas Tuxellə yola davam etmək fikrində deyil. Komanda Çempionlar Liqasını qazana bilməsə, almaniyalı çalışdırıcı istefaya göndəriləcək.
Rəhbərlik Qvardiolanı baş məşqçi, Xavini isə ona köməkçi təyin etməyə çalışır. Qvardiolanın alternativi isə Massimiliano Alleqridi.