20.12.2019 18:30
398
398

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov menecerliyə başlayıb.
Cempion.az xəbər verir ki, Azərbaycan əsilli keçmiş futbolçu bunu yerli mətbuata açıqlamasında deyib.
O, artıq bir neçə müştərisinin də olduğunu bildirib: "Siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".
Moskva “Spartak”ının yetirməsi olan Səmədov “Lokomotiv”, “Dinamo”, “Krılya Sovetov” klublarında çıxış edib. O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub.