çərşənbə, 07 may 2025

BİZİM FUTBOL

Şeydayevin baş məşqçisi ilə bağlı qərar verildi

20.12.2019 19:00 Oxundu 450

Rusiyanın “Dinamo” klubu baş məşqçisi Kiril Novikovla müqaviləni uzadıb.

Cempion.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı xəbər yayıb. Paytaxt təmsilçisi Novikovla 2021-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, rusiyalı mütəxəssis millimizin üzvü Ramil Şeydayin çıxış etdiyi komandaya bu ilin sentyabrından rəhbərlik edir. "Dinamo" Premyer Liqada 19 turdan sonra 24 xalla 8-ci pillədə qərarlaşıb.