çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Rəhim Həsənov sayılmayan qola görə "Səbail" futbolçularından üzr istəyib?

21.12.2019 15:00 Oxundu 519


"Zirə” – “Səbail” oyununda nəticəyə təsir edən səhvə yol vermiş Rəhim Həsənov peşmandır. FIFA referisi matçın sonlarında qonaqların vurduğu qolu hesaba almamasının yanlış olduğunu başa düşüb.

Cempion.az xəbər verir ki, matç bitincə, “Səbail”in futbolçularına səhv qərar verdiyini etiraf edən baş hakim onlardan üzr istəyib.

İndi Rəhim haqda AFFA-nın hansı ölçü götürəcəyi maraqlıdır. Onsuz da bu cür səhvlərinə görə az təyinat alan hakimin “qələminin qırılma” ehtimalı böyükdür. Lakin iş ondadır ki, Həsənovun adı yaxınlarda yenidən FIFA referiliyinə namizəd kimi göndərilib və qəbul olunub. (sportinfo.az)