çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

“Xəstəyəm” dedi, məşqə gəlmədi və gecə klubuna getdi

21.12.2019 15:30 Oxundu 454

Kiyev “Dinamo”su Jerson Rodrigesi transferə çıxardıb. Sportinfo.az xəbər verir ki, buna səbəb futbolçunun klub rəhbərliyini aldatması olub.

Cempion.az xəbər verir ki, Jerson xəstə olduğunu əsas gətirərək, məşqə gəlməyib. Ancaq həmin gün axşam o, gecə klubundan şəkil paylaşıb.

Bundan hali olan klub rəhbərliyi komandanın həkimlərinin futbolçunun evinə göndəriblər. ancaq həkimlər Rodrigesi evdə tapmayıblar. Bundan sonra “dinamo” onu transferə çıxardıb.

Jerson 2019-cu ilin əvvəlindən “Dinamo”da çıxış edir. O, Lüksemburq yığmasının şərəfini qoruyur.