çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Zaqatala"nın Premyer Liqaya gəlişini AFFA istəmir

21.12.2019 17:00 Oxundu 506

Növbəti mövsüm Premyer Liqaya yüksələcəyi gözlənilən komandalar arasında "Zaqatala"nın adının çəkilməməsi birmənalı qarşılanmır. Çünki komanda turnir cədvəlində "Turan Tovuz" və "Kəpəz"dən daha öndədir.

Cempion.az xəbər verir ki Zaqatala təmsilçisinin elitaya yükəlməsini AFFA özü istəmir.

Çünki rəsmi sənədlərdə klubun təsisçisi kimi məhz federasiyanın adı qeyd olunub. Bu isə UEFA qaydalarına ziddir.  Buna görə də "Zaqatala"nın Premyer Liqaya yüksəlməsi AFFA-ya sərf etmir. UEFA məsələdən xəbərdar olar və iş heç də yaxşı sonluqla başa çatmaz.