21.12.2019 13:55
444


Azərbaycan kubokunda 1/4 final səddini adlayaraq yarımfinala yüksələn komandaların hamısı əvvəllər də buna nail olub.
Cempion.az PFL istinadən xəbər verir ki, “Qarabağ” digər üç komanda ilə müqayisədə bunu daha çox bacarıb. Ağdam klubu tarixində 16-cı dəfə yarımfinalda oynayacaq. Əyalət təmsilçisi bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubunun rekordu 17-yə bərabərdir. Digər yarımfinalçılardan “Qəbələ” 8-ci, “Sumqayıt” 3-cü, “Zirə” 2-ci dəfə 1/4 final səddini keçib.
yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardır. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.
Qeyd edək ki,yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardır. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.
Bu, ölkə kuboku tarixində 3-cü belə hadisədir ki, ardıcıl iki dəfə eyni komandalar yarımfinala yüksəlir. 2009/10 və 2010/11 mövsümlərində AZAL, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”, 2015/16 və 2016/17 mövsümlərində “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” yarımfinalda yerini qoruyub.