22.12.2019 00:18
439


Qətərdə futbol üzrə klublararası dünya çempionatının final oyunu keçrilib.
Cempion.az xəbər verir ki, Dohadakı "Halifa İnternational" stadionunda keçirilən matça "Liverpul" və "Flamenqo" komandaları qarşılaşıb.
Hər iki komanda 90 dəqiqə ərzində qapsını toxnulmaz saxlayıb. Əlavə vaxtda isə Avropa təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qızıl medallarına sahib çıxıb.
Qeyd edək ki, Bu gün həm də üçüncü yer uğrunda oyun keçirilib. Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə qarşılaşıb. Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2. Penalti seriyasında 4:3 hesabıyla üstün olan meksikalılar bürünc medalları qazanıblar.