çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Nazarov Almaniyada növbəti qolunu vurdu

22.12.2019 12:31 Oxundu 339


Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları davam edir.

Cempion.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Qroyter"lə qarşılaşıb. Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və sona kimi oynayıb. Millimizin üzvü 64-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 7-ə çatdırıb.

 
Qeyd edək ki,  "Erzgebirge" hazırda 29 xalla 4-cü pillədə qərarlaşıb.