22.12.2019 13:00
464

Millinin baş məşqçi postundan uzaqlaşdırılan Nikola Yurçeviç AFFA rəhbərliyindən incik qalıb.
Cempion.az xəbər verir ki bu, onunla müqavilə vaxtından əvvəl xitam verilməsi ilə bağlı deyil.
Narazılıq ondan qaynaqlanır ki, federasiya prezidenti Rövnəq Abdullayev onu İcraiyyə Komitəsinin son iclasından kənarlaşdırıb.
Sportinfo.az-ın məlumatına görə, Yurçeviç çıxışı zamanı AFFA-nın ona vaxt verməli olduğunu iddia edib.
Balkanlı mütəxəssisin sözləri isə Abdullayevin xoşuna gəlməyib və iclas zalını yarımçıq tərk etməsini istəyib. (sportinfo.az)