çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Beqoviç "Qarabağ"la bağlı xoş sözlər yazdı - FOTO

22.12.2019 14:00 Oxundu 396


"Qarabağ"la icarə müqaviləsi başa çatan Asmir Beqoviç "İnstagram" səhifəsində maraqlı paylaşım edib.

Cempion.az xəbər verir ki, dünənki kubok oyunu haqda qısa fikirlərini açıqlayan bosniyalı qolkiper Ağdam klubunda xoş vaxt keçirdiyini qeyd edib:

"Dünənki qələbə ilə kubokda yarımfinala çıxmağımız əla idi. Bu böyük klubda keçirdiyim dövr mənim üçün xoş oldu. İndi isə istirahət zamanıdır".

Bosniyalı qolkiperin paylaşımı onun komandadan ayrılması kimi dəyərləndirilib.