22.12.2019 17:03
370


"Səbail"dəki maddi sıxıntılar artıq realdır.
Cempion.az xəbər verir ki klub rəhbərliyi də bu reallığı gizlətməyə lüzum görmür.
Əldə etdiyimiz məlumata görə qı fasiləsinə yollanmamışdan öndə bütün futbolçulara bildirilib ki maddi sıxıntılar var və bunun nə zaman həll olunacağı da məlum deyil. Bir sözlə rəhbərlik heç kimə yalan vəd verməyib və açıq şəkildə deyib ki kim hazırkı şərtlər altına oynamaq istəmirsə klubu tərk edə bilər. Deyilənə görə elə bu söhbətdən sonra Ağabala Ramazanov "Səbail"i tərk edib və daha yaxşı təklif irəli sürən "Zirə"yə keçib.