çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Qarabağ"dan ayrılan futbolçunun yeni klubu məlum oldu

22.12.2019 18:09 Oxundu 372


“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib.

Cempion.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Futbolçu ilə Polşa, Türkiyə və İtaliya klublarının maraqlandığı iddia olunsa da, hazırda ən real variant kimi Sofiyanın “Levski” komandası göstərilir.

Yerli mətbuat Ağdam klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edən və hazırda azad agent olan Slavçevin artıq “Levski”yə keçməkdə problem qalmadığını və yaxın vaxtlarda tərəflərin müqavilə imzalayacağını yazıb.