23.12.2019 10:00
505

"Sabah"ın hücumçusu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək. Honduraslı futbolçu bu ölkənin "Deportes Tolimo" klubuna keçib.
Cempion.az xəbər verir ki, bu barədə klubun prezidenti Qabriel Kamarqo yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, 29 yaşlı forvard yanvarda komandaya qoşulacaq: "Sizə xoş xəbərlər vermək istəyirəm. Conatan Marulanda, Anderson Anqulo, Luis Miranda və Rocer Roxas yeni ildən bizimlə birlikdə olacaqlar".
Qeyd edək ki, mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən Roxas Premyer Liqada qol hesabını aça bilməyib. O, yalnız ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Ağsu" ilə matçda dubl edib.