23.12.2019 15:00
471


Bildiyiniz kimi bir müddət bundan əvvəl “Qəbələ” klubu Bakıda məşhur braziliyalı Ronaldinyonun şərəfinə Bakıda “Ronaldinyo akademiyası” açmağa qərar vermişdi.
Cempion.az xəbər verir ki hətta bu məqsədlə “sambaçı” Azərbaycana dəvət olunmu və Bakıda mətbuat konfransı da təşkil olunmuşdu.
Lakin sonradan klubda yaşanan maliyyə sıxıntısı və büdcənin azaldılması bu layihəni də arxa рlana atmışdı. İndi isə “Qəbələ” ümumiyyətlə bu layihədən imtina edib. Daha dogrusu layihə AFFAya verilib. Yəni bundan sonra bu layihəni federasiya reallaşdıracaq. Akademiya iə "Ronaldinyo Soccer Academy" adlanacaq.