bazar, 01 iyun 2025

BİZİM FUTBOL

"Qarabağ"a rəqib oldular

23.12.2019 08:02 Oxundu 353


Antalyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın rəqiblərindən biri müəyyənləşib.

Cempion.az-ın xəbərinə görə, Ağdam təmsilçisi yanvarın 25-də Çexiyanın yüksək liqasında çıxış edən “Siqma” ilə qarşılaşacaq. Çex klubunun rəsmi saytında komandanın yoxlama oyunundakı rəqibləri sırasında “Qarabağ” da göstərilib.

Oyun Bakı vaxtı ilə saat 14.30-da başlanacaq.

Qeyd edək ki, hazırlıq prosesi zamanı “Qarabağ” ümumən 4 yoxlama görüşü keçirəcək.