23.12.2019 11:00
345

"Qarabağ"dan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib.
Cempion.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi karyerasını ölkəsinin "Levski" klubunda davam etdirəcək. Bu barədə Sofiya təmsilçisinin saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slavçev bir neçə gün əvvəl "Qarabağ"la müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.