çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Türkiyə millisində şok itki

23.12.2019 12:25 Oxundu 366

Türkiyə millisinin və Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusif Yazıçı ciddi zədə alıb.
Cempion.az xəbər verir ki, 19-cı turda səfərdə "Monako" ilə qarşılaşmada ciddi zədə alan Yazıçı barəsində açıqlama verilib. Klubun rəsmi saytından verilən məlumatda, futbolçunun çarpaz bağlarının qopduğu bildirilir.

Yusif Yazıçı mövsümü başa vurub. Türkiyəyə geri dönen futbolçu bu gün əməliyyat olacaq. Həkimlər futbolçunun Avropa çempionatında iştirakının təhlükə altında olduğunu bildiriblər.