çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Levandovski 1 ay futbol oynamayacaq

23.12.2019 16:15 Oxundu 348


“Bavariya”nın futbolçusu Robert Levandovski bir müddət komandasına kömək edə bilməyəcək.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, polşalı hücumçu Bundesliqanın 17-ci turunda “Volfsburq”la matçdan  (2:0) sonra qasıq nahiyəsindən əməliyyat olunub. 

Onun 1 aya qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.