23.12.2019 18:23
452


İngiltərədə bir azarkeş “Stok Siti” klubunu “eBay”da satışa çıxardıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub üçün ən çoxu 73,6 min funt-sterlinq olan 112 təklif gəlib. Azarkeşin belə addım atmasına səbəb “Stok Siti”nin uğursuz çıxış etməsidir.
“Stok Siti” Çempionşipdə 23 turdan sonra 18 xalla sonuncu sırada yer alır.
Qeyd edək ki, “Qarabağ”da icarə əsasında forma geyinən Asmir Beqoviç 2010/2015-ci illər aralığında “Stok Siti”də çıxış edib.