23.12.2019 18:00
351

"Yuventus"un İtaliya Superkuboku uğrunda oyunda "Latsio"ya 1:3 hesablı məğlubiyyəti Turin klubunun hücumçusu Kriştianu Ronaldonun uğurlu seriyasına son qoyub.
Cempion.az xəbər verir ki, bu, portuqaliyalı superulduzun son 6,5 ildə uduzduğu ilk final matçı olub. 33 yaşlı forvard axırıncı dəfə 2013-cü il mayın 17də "Real"ın heyətində İspaniya Kral kubokunun həlledici qarşılaşmasında "Atletiko"ya 1:2 hesabı ilə məğlub olmuşdu.
Bu matçdan sonra isə Ronaldo ardıcıl olaraq 12 final görüşündə qələbə sevinci yaşamışdı.