çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

İvitsa Juniç müqavilə müddətini uzadıb

23.12.2019 14:42 Oxundu 613

“Qəbələ” klubu futbolçusu İvitsa Juniçlə əməkdaşlığı davam etdirəcək.
Cempion.az  xəbər verir ki bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı xorvatiyalı müdafiəçi cari mövsümün sonuna qədər Qəbələ komandasının formasını geyinəcək.
Tərəflər bu ilin yayında 1 illik razılaşsalar da, müqavilədə qış fasiləsində ona xitam verməklə bağlı xüsusi bənd var idi.
Qeyd edək ki, qış fasiləsində sözləşməsinin müddəti baş çatan gürcüstanlı forvard Davit Volkov “Qəbələ”ni tərk edərək “Zirə”yə keçib. Həmçinin gürcüstanlı yarımmüdafiəçi Merab Qiqauri və Kot-dİvuardan olan hücumçu Kristian Kuakunun da komandadan ayrılma ehtimalı var.