çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

 UEFA klubların yeni reytinqini açıqlayıb

23.12.2019 15:12 Oxundu 337
 
Azərbaycan təmsilçilərindən "Qarabağ"  41 xall toplayıb.
Cempion.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib. 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya İspaniyanın "Real Madrid" komandası başçılıq edir. 
Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" "100-lüy"ə düşüb. Ağdam komandası 41 xalla 84-cü sıradadır. "Neftçi" 15 xalla 168-ci yerdədir. "Bakı" 6 xalla 268-ci, "Keşlə" 5 xalla 293-cü, "Şəmkir" və "Kəpəz" 2 xalla 396-397-ci, "Xəzər Lənkəran" isə 1 xalla 424-cü pillədədir.