çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Kolarova yeni müqavilə təklif olunub

23.12.2019 15:28 Oxundu 355

İtalyanın “Roma” klubu Aleksandr Kolarovla müqaviləni uzatmağa yaxındır.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paytaxt klubu müqaviləsi cari mövsümün sonunda bitəcək 34 yaşlı futbolçuya daha bir illik müqavilə təklif edib.
Tərəflər arasında yeni müqavilə imzalanmasa, serbiyalı müdafiəçi Aleksandr Kolarov qış fasiləsində istədiyi klubla danışıqlar apara bilər.

Qeyd edək ki, 2017-ci ildə “Mançester Siti”dən transfer olunan serbiyalı müdafiəçi, cari mövsümdə iştirak etdiyi 22 oyunda 5 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.