çərşənbə axşamı, 20 may 2025

BİZİM FUTBOL

“Neftçi”də gərginlik: futbolçular Bordini istəmir

24.12.2019 10:00 Oxundu 397

"Neftçi"də futbolçularla Roberto Bordin arasında gərginlik yenidən şiddətlənib.

Cempion.az xəbər verir ki, oyunçular "Sumqayıt"a məğlubiyyətin səbəbini özlərində deyil, baş məşqçidə görüblər.

Komanda üzvləri bu məsələ ilə bağlı idman direktoru Ceyhun Sultanovla görüşüb, italyandan narazılıqlarını bildiriblər. Onlar iddia ediblər ki, Bordin kollektivə inamsız yanaşır, 1-2 nəfərdən savayı hamıya şübhə ilə baxır və bunu açıq formada hiss etdirir. 
Futbolçular həmçinin onu da deyiblər ki, baş məşqçi taktiki cəhətdən savadsızdır və komandanı qorxaq futbol oynatmağa məcbur edir.
Sultanovdan xahiş olunub ki, bu məsələni "yuxarılar"ın diqqətinə çatdırsın, çünki Bordin vəzifəsində qalmağa davam edərsə, problemlər həllini tapmayacaq və yekunda uğurlu nəticə gözləməyə dəyməz. (sportinfo.az)