çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Mbappe 1-ci oldu

24.12.2019 10:31 Oxundu 403


"France Fotball" nəşrinin versiyasına əsasən, PSJ-nin futbolçusu Kilian Mbappe Fransada 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.

Cempion.az xəbər verir ki, 21 yaşlı oyunçu bu mükafata karyerası ərzində 2-ci dəfə layiq görülüb. Fransalı hücumçu ötən il də ölkənin ən yaxşı oyunçusu seçilmişdi.

Qeyd edək ki, Mbappe ötən mövsüm ölkə çempionatında  29 matçda 33 qol vurub və 11 qolun ötürməsini verib.