24.12.2019 11:00
333

La Liqa təmsilçisi "Espanyol" baş məşqçisi Pablo Maçini istefaya göndərib.
Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 44 yaşlı mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. Klub komadanın cari mövsüm ölkə çempionatındakı uğursuz nəticəsi səbəbindən bu addımı atıb.
Qeyd edək ki, "Espanyol" 18 turdan sonra 10 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, P.Maçin oktyabrdan İspaniya klubunu çalışdırırdı.