çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Sosial şəbəkələrdə ən populyar klub

24.12.2019 13:00 Oxundu 344


2019-cu ildə “tvitter”də və “instagram”da ən çox populyar olan klub məlum olub. 

Cempion.az xəbər verir ki, bu, “Barselona”dır.

Kataloniya təmsilçisinin “tvitter” hesabındakı paylaşımlarına 94,5 milyon dəfə reaksiya verilib. Populyarlığına görə ikinci sırada “Liverpul”dur.

Mersisayd təmsilçisinin paylaşımlarına 87,1 milyon dəfə münasibət bildirilib. Üçüncü sıradakı Braziliyanın “Flamenqo” klubu ilə bağlı paylaşımlar isə 86 milyon dəfə reaksiya qazanıb.

“Barselona” həm də, “instagram”da ən çox bəyənilən klubdu. Kataloniya təmsilçisinin “instagram”dakı paylaşımlarına il ərzində 1,081 milyard reaksiya verilib.