24.12.2019 14:31
320

PSJ-nin hücumçusu Edinson Kavani komandasını dəyişir.
Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu İspaniyada çıxış etməyə yaxındır. 32 yaşlı forvardın "Atletiko" ilə anlaşdığı iddia olunur.
Kavani Madrid klubu ilə 3 illik müqavilənin şərtlərini razılaşdırsa da, bir qədər gözləməli olacaq. Çünki "Atletiko" keçidi tamamlamaq üçün UEFA-nın maliyyə feyr-pley qaydalarına görə bir neçə oyunçusunu satmalıdır.
Bundan başqa, transferlə bağlı klublar öz aralarında da ortaq məxrəcə gəlməlidirlər. Çünki Kavaninin PSJ ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.
Futbolçu 2013-cü ildən Paris klubunda çıxış edir.