çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

İnyesta Argentina klubu ilə danışıq aparır

24.12.2019 15:33 Oxundu 370


İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyesta karyerasını Argentinada davam etdirə bilər.

Cempion.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Estudiantes”lə danışıq aparır.

İnyesta ilə birgə Kataloniya klubunda çıxış edən Qabriel Milito hazırda sözügedən komandanın baş məşqçisi, Xavyer Maskerano isə oyunçusudur.

Qeyd edək ki, İnyestanın 2018-ci ilin yayında keçdiyi Yaponiyanın “Vissel Kobe” klubu ilə 30 iyun 2021-ci ilə qədər müqaviləsi var.