çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

"Fiorentina"da yeni baş məşqçi

24.12.2019 18:00 Oxundu 396


A seriyası təmsilçisi "Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Cüzeppe Yakini təyin edilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, C.Yakini futbolçu karyerası ərzində 1989-1994-cü illərdə "Fiorentina"da oynayıb. Onun son iş yeri "Empoli" olub.