çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Azərbaycan millisində oynamış futbolçuya Rusiyanın tanınmış klubundan təklif

24.12.2019 18:36 Oxundu 374


Gənclərdən ibarət Azərbaycan millisində 5 oyun keçirmiş David Qarayev Moskva ÇSKA-sından dəvət alıb.

Cempion.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu hazırda Rusiya Milli Futbol Liqasında KAMAZ-ın formasını geyinən mərkəz hücumçusuna rəsmi müraciət edib, yanvarın 14-də İspaniyada keçirəcəkləri qış hazırlıq dönəmində özünü göstərməsi təklif olunub.

2013-cü ildə Rusiya yığmasında oynamaq ehtimalı olduğundan və orada legioner sayılmamaq üçün əsas milli komandamızda forma geyinməkdən imtina edən 24 yaşlı forvard cari mövsümdə 16 oyun keçirib, 11 qol vurub. Osetiyalı futbolçunun "ordu klubu" ilə qış transfer dönəmində müqavilə bağlayacağı yüksək qiymətləndirilir.