çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Zirə" çernaqoriyalı qapıçı ilə razılığa gələ bilmədi və komandada qalası oldu

25.12.2019 12:00 Oxundu 404

Samir Abasovun dönəmində "Zirə"yə transfer olunan çernaqoriyalı qapıçı Boyan Zaqoviçin komandadan getmək ehtimalı yüksək olsa da, bu baş tutmayıb.

Cempion.az-ın əldə etdiyi məlumata görə, hazırkı baş məşqçi Zaur Həşimov bu qapıçını istəmir.

Lakin yaya kimi müqaviləsi olduğundan onunla kompensasiya məsələsində razılığa gəlmək lazım idi. Məhz bu məsələdə tərəflər razılıq əldə edə bilməyiblər. Qapıçı təzminat olaraq elə məbləğ istəyib ki, klub bunu ödəmək istəməyib. Yekunda qapıçı komandada qalmalı olub. Lakin ona deyilib ki, daha çox ehtiyada qalacaq.