çərşənbə axşamı, 20 may 2025

BİZİM FUTBOL

Şeydayevə Azərbaycandan daha bir müştəri - ÖZƏL!

25.12.2019 15:00 Oxundu 395


"Neftçi"nin Ramil Şeydayevi transfer etmək istəyi haqda məlumat vermişdik. Eyni zamanda bilirmişdik ki, futbolçu hələlik bakılılara "hə" demir və özünü ölkə xaricində sınamaq istəyir.

Bu arada Cempion.az-a daxil olan özəl məlumata görə, Moskva "Dinamo"sundan ayrılan hücumçunun xidmətində "Sumqayıt" da maraqlıdır.

Düzdür, "Neftçi"yə "hə" deməyən futbolçunun "Sumqayıt"da oynamağa razılıq verməsi inandırıcı görünmür. Lakin bir məsələ də var ki, Şeydayevin meneceri "Sumqayıt"ın meneceri Riad Rəfiyevdir. Güman ki, Rəfiyev müştərisinə ən son variant kimi "Sumqayıt"da oynamağı da təklif edib.