25.12.2019 17:00
411


Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat vəsait ayırmışdı.
Cempion.az xəbər verir ki aradan qısa zaman keçməsinə baxmayaraq artıq işlərə start verilib.
Hazırda stadionda köhnə tribunaların söküntüsü gedir. Əldə etdiyimiz məlumata görə 2020-ci ilin sonuna kimi 17 min nəfərlik möhtəşəm stadion hazır olaraq sumqayıtlıların ixtiyarına veriləcək.