çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Qarabağ"ın bütün rəqibləri müəyyənləşdi

25.12.2019 10:00 Oxundu 369

 

"Qarabağ" yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

Cempion.az xəbər verir ki, futbolçular yanvarın 12-də Antalyaya yollanaraq, hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-də Qazaxıstanın "Jetisu", yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da komanda Bakıya dönərək fevralın 2-də keçiriləcək “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.