çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Mandzukiç Qətər klubu ilə müqavilə bağladı

25.12.2019 12:25 Oxundu 337


Mario Mandzukiçin yeni klubu məlum olub.

Cempion.az xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını Qətərin "Əl Duhail" klubunda davam etdirəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyri-rəsmi xəbərə görə, onun illik qazancının 7 milyon 300 min avro olacağı bildirilir.

Qeyd edək ki, M.Mandzukiç "Bavariya", "Atletiko", "Yuventus" kimi komandalarda çıxış edib.