25.12.2019 13:23
335

"Real" 2019-cu ildə keçirilən bütün yarışlarda rəqib qapısından cəmi 100 top keçirib.
Cempion.az xəbər verir ki, bu, "Real"ın tamamilə Kriştian Ronaldosuz keçirdiyi birinci təqvim ilidir.
Halbuki onun bu komandanın üzvü olduğu vaxt klubun ən pis göstəricisi mövsüm ərzində 130 qoldan ibarət olub. "Real"ın Ronaldo dövründə ən aşağı məhsuldarlığı 2010-cu ildə qeydə alınıb.
Portuqaliyalı ulduz ötən ilin yayında "Yuventus"a keçib. O, 2009-2018-ci illərdə Madrid klubunun heyətində oynayıb. "Real"la birlikdə Ronaldo 4 dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub, habelə ölkənin Super Kubokuna yiyələnib.
"Real" 18 matçda 37 xal toplayaraq yarış cədvəlində 2-ci yer tutur. Turnir cədvəlinin lideri "Barselona"dır.