çərşənbə axşamı, 06 may 2025

DİGƏR NÖVLƏR

Tokio olimpiadasına daha 2 lisenziya

25.12.2019 14:00 Oxundu 355


Bədii gimnastlarımızın ardınca kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Cempion.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında bu vəsiqəni əldə ediblər.

Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır. İdmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

Qeyd edək ki, buna qədər sərbəst güləşçilərimiz Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova, idman gimnastı Marina Nekrasova və qrup komandası “Tokio-2020”yə vəsiqə qazanıblar