çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Verondan Inyestanın transferi haqda açıqlama

25.12.2019 14:25 Oxundu 353


Argentinanın "Estudiantes" klubunun prezidenti Xuan Sebastian Veron Andres İnyestanın klubuna mümkün transferi haqqında danışıb.

Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 35 yaşlı yarımmüdafiəçi ilə bu barədə söhbət etdiklərini söyləyib: "Hazırda İnyesta ilə danışıqların davam etdiyini deyə bilmərik. Ancaq bəli, bu barədə söhbətlər var. Onun  komandamıza keçib- keçməyəcəyindən asılı olmayaraq, unudulmaz futbolçudur".

Qeyd edək ki, Andres İnyesta hazırda Yaponiyanın "Vissel Koba" komandasında çıxış edir.