25.12.2019 15:27
338

"Çelsi"nin futbolçusu Villian komandadakı taleyi ilə bağlı açıqlama verib.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "zadəganlar"da qalmaq istədiyini deyib: "Hər kəs bu klubu necə sevdiyimi, "Çelsi"də oynamağı xoşladığımı bilir. Bacara bilsəm, 40 yaşıma qədər burada qalacağam. Amma futbol həmişə belə deyil. Burada oynamaq istəyirəm. Lakin bu, təkcə mənim verəcəyim qərar deyil. Klubla birlikdə qəbul edilməlidir. Bu mövzuda söhbətlərimiz olub. Ümid edirəm ki, komandada qalacağımı söyləyə biləcəyəm. Amma indi bunu deyə bilmirəm".