çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

UEFA Azərbaycanda çalışmış məşqçinin komandasını avrokuboklardan kənarlaşdırdı

25.12.2019 16:18 Oxundu 341

UEFA Qazaxıstanın "Ordabası" klubunu cəzalandırıb.

Cempion.az xəbər verir ki, qurum maliyyə "fair play" qaydalarına əməl etməyən klubun 2020/2021 və 2021/2022 mövsümündə avrokuboklarda iştirak etməsinə qadağa qoyub.  Klub eyni zamanda 100 min avro cərimələnib.

Çimkənt təmsilçisi gələn il yanvarın 31-dək borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq.

Xatırladaq ki, "Ordabası"nın baş məşqçisi 2009-2015-ci illərdə "İnter"i (hazırkı "Keşlə"ni) çalışdırmış Kaxaber Sxadadzedir.