çərşənbə axşamı, 06 may 2025

DÜNYA FUTBOLU

Antalyada 200 meydança hazırlanıb

25.12.2019 11:21 Oxundu 400

Komandaların qış toplanışlarını keçirmələri üçün Türkiyənin Antalya bölgəsində 200 futbol meydançası hazırlanıb.
Cempion.az xəbər verir ki, bu barədə İdman Turizmi Birliyi Dərnəyinin rəhbəri Recep Şamil Yaşacan bildirib. Onun sözlərinə görə, komandalar Antalyaya dekabrın 20-dən gəlməyə başlayıblar. 2020-ci il aprelin sonlarınadək davam edəcək toplanışlara Uzaq Şərqdən şimali Avropayadək olan ölkələrin klubları qatılacaqlar. Onların arasında Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 komanda da var. Bu kollektivlərin qış toplanışı gələn ay olacaq.
Yaşacan bildirib ki, hazırlıq proseslərində futbolla yanaşı, tennis, qolf, üzgüçülük, velosiped idmanı ilə məşğul olanlar da iştirak edəcəklər. Ümumilikdə, Antalyada 3000 toplanış nəzərdə tutulub. Bu isə rekord göstəricidir.